Hava məkanlarını bağladılar: İran və İsrail arasında SON VƏZİYYƏT
İran və İsrail bir-birlərinə qarşılıqlı zərbələr endirməyə başlayıblar.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin müdafiə naziri bildirib ki, İsrail İrana qarşı qabaqlayıcı hücumlar həyata keçirib.
Məlumata görə, Tehran Universiteti küçəsinə, Cümhuri rayonuna, Təbriz şəhərinə, o cümlədən Tehranda ölkənin Ali Rəhbəri Ayətullah Əli Xameneinin işçi ofislərinin yerləşdiyi ərazinin yaxınlığına zərbə endirilib. Hadisənin miqyası və itkilər barədə hələlik rəsmi açıqlama verilməyib.
Həmçinin İranın İsfahan, Qum, Lorestan, Kirmənşah və Kərəc bölgələrində də partlayış səslərinin eşidildiyi bildirilir.
İran da İsrailə cavab zərbələri endirməyə başlayıb. Məlumata görə, hava sirenlərinin işə düşdüyü İsrailə 30 raket atılıb.
Qeyd edək ki, həm İran, həm də İsrail zərbələr fonunda hava məkanını tamamilə bağlayıb.






