media-img_6615

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablandırıb. 

Patrulaz.az xəbər verir ki, dövlətimizin başçısı Ukrayna vətəndaşlarına məsləhət verərək deyib: “Heç vaxt işğalla barışmayın”.

Qeyd edək ki, jurnalist Azərbaycan Prezidentindən müharibə şəraitində Ukrayna xalqına nə məsləhət verə biləcəyini soruşub.

“Bu, bizim də etdiyimiz addım olub. Danışıqlar prosesi dövründə – mən 2003-cü ilin sonundan bu prosesin içində olmuşam – 17 il ərzində çoxsaylı təkliflər və görüşlər baş tutub. Bizə reallıqlarla barışmalı olduğumuz barədə saysız-hesabsız mesajlar verilib”, – deyə Prezident əlavə edib.


Bənzər xəbərlər