Həcc ziyarətinə gedənlər YENİ QADAĞADAN xəbərdar olsunlar
Səudiyyə Ərəbistanı 2026-cı ildə Həccə ziyarət edənlər üçün yeni qərar qəbul edib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, müsəlman ölkəsi 2026-cı il Həcc mövsümü öncəsi Məkkədə Məscidül-Həram və Mədinədə Məscid-i Nəbəvinin bütün ərazilərində foto və video çəkilişi qadağan edib.
Qərarın əsas səbəbi zəvvarların şəxsi həyatını qorumaq və ibadətlərin dinc şəkildə yerinə yetirilməsini təmin etmək olub.
Qeyd edək ki, qərara əməl etməyənlərin cihazlarının müsadirə ediləcəyi, ümumlikdə isə qaydaları pozanlara qarşı qanuni tədbirlər görüləcəyi açıqlanıb.
Gülbəniz Səfərova






