media-01kth7503dbwwbtt0frygstjxb-large

İndoneziya sahillərində 6,2 maqnitudalı güclü zəlzələ baş verib.

Patrul.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmət məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Şimali Maluku əyalətində yerləşən Tobelo şəhərindən təxminən 58 kilometr qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı yerin 120 kilometr dərinliyində yerləşib. Yerli vaxtla saat 11:31-də (GMT 02:31) baş verən güclü təkanlar ətraf bölgələrdə, o cümlədən Ternate adasında da hiss olunub və sakinlər arasında qısamüddətli panikaya səbəb olub.

İndoneziyanın Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyi (BMKG) yeraltı təkanlardan sonra sunami təhlükəsinin olmadığını açıqlayıb.

İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində hər hansı dağıntı, can itkisi və ya xəsarət alan qeydə alınmayıb. Mütəxəssislər zəlzələ ocağının dərində yerləşməsinin yer səthindəki dağıntı riskini azaltdığını bildirirlər.

Qeyd edək ki, İndoneziya daxil olmaqla Sakit okean hövzəsi ölkələri intensiv tektonik və vulkanik fəallığı ilə seçilən “Sakit Okean Od Halqası” xəttində yerləşdiyi üçün bu regionda tez-tez güclü seysmik hadisələr baş verir.


Bənzər xəbərlər