media-inshot_20260213_084421678

2026-cı il Milan-Kortina Qış Olimpiya Oyunları çərçivəsində çıxış edən ukraynalı skelet üzrə idmançı Vladislav Heraskeviç qalmaqallı qərarla yarışdan kənarlaşdırılıb.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb idmançının başındakı kaskın üzərində Rusiya-Ukrayna müharibəsində həlak olmuş ukraynalı idmançıların fotolarının əks olunması olub.

Məlumata görə, təşkilatçılar tərəfindən Heraskeviçə bu kaskın Olimpiya qaydalarına zidd olduğu və yarış zamanı istifadə edilməməli olduğu bildirilib. Lakin o, xəbərdarlığa baxmayaraq eyni kaska ilə starta çıxmaqda israr edib. Nəticədə Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən qaydaları pozduğu əsas gətirilərək diskvalifikasiya olunub.

Qərardan sonra idmançının atası və eyni zamanda məşqçisi Mixaylo Heraskeviç emosiyalarını saxlaya bilməyib, göz yaşlarına hakim ola bilmədiyi bildirilib.

Vladislav Heraskeviç isə sosial şəbəkə hesabında paylaşım edərək qərara etiraz edib. O, “Bu, şərəfimizin qiymətidir”, sözləri ilə mövqeyini ifadə edib.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi nəticəsində minlərlə insanın həyatını itirdiyi bildirilir. Müharibə hələ də regionda gərginliyi davam etdirir.

media-ukraynali-sporcu-anma-kaski-sebebiyle-19562335_3310_amp-1 media-ukraynali-sporcu-anma-kaski-sebebiyle-19562335_9284_m-1


Bənzər xəbərlər