Hələb Beynəlxalq Hava Limanı yenidən açılıb
Hələb Beynəlxalq Hava Limanı 3 aylıq təmir işləri başa çatdıqdan sonra bu gün yenidən açılıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Mülki Aviasiya Baş İdarəsinin gərgin işi nəticəsində hava limanı 3 aylıq təmir işləri başa çatdıqdan sonra yenidən istifadəyə verilib.
Dəməşq Beynəlxalq Hava Limanından gələn təyyarə hava limanında mərasimlə qarşılanıb və uçuş Hələbdən Dəməşqə həyata keçirilib.
Açılış mərasimində Hələb valisi, Hava Yolları Direktoru və Hələbin tanınmış simaları iştirak edib.