media-inshot_20251009_092039319

ABŞ lideri “Truth Social” platformasında İsrail və HƏMAS arasında onun təklif etdiyi 20 bəndlik sülh planının birinci mərhələsinin razılaşdırıldığını açıqlayıb.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Trampın sözlərinə görə, razılaşma Qəzzada saxlanılan girovların azad edilməsini və İsrail qoşunlarının razılaşdırılmış xəttə geri çəkilməsini nəzərdə tutur. 

Tramp razılaşmanı şərh edərək bildirib: “Bütün girovlar çox yaxın vaxtlarda azad ediləcək və İsrail qoşunlarını razılaşdırılmış xəttə geri çəkəcək – bu Güclü, Davamlı və Əbədi Sülhə doğru ilk addımdır. Qətər, Misir və Türkiyədən olan vasitəçilərə təşəkkür edirəm”.

Tramp razılaşmanın girovlar və məhbusların mübadiləsini və Qəzzaya böyük həcmdə humanitar yardımın axınını nəzərdə tutduğunu bildirib. Razılaşmanın birinci mərhələsinə əsasən HƏMAS bütün canlı girovları azad edəcək, İsrail isə qüvvələrini razılaşdırılmış xəttə çəkəcək. HƏMAS 7 oktyabr 2023-cü ildə İsrailə qarşı hücum zamanı ələ keçirilən girovların azad olunmasını, həmçinin həmin mərhələdə İsrail tərəfindən azad edilməsini tələb etdiyi məhbusların siyahısını təqdim edib.

Məlumata görə, birinci mərhələdə təxminən 2 000 fələstinli məhbusun azad edilməsi qarşılığında 20 canlı girovun buraxılması planlaşdırılır. Həmçinin HƏMAS həmin hücum zamanı ələ keçirilən və diri və ya ölü vəziyyətdə olan 47 nəfərin azad edilməsini gözləyir. Məhbus mübadiləsi bazar ertəsi razılaşmanın imzalanmasından sonra 72 saat ərzində həyata keçiriləcək.

Tramp razılaşmanı elan etdikdən sonra İsrail Baş naziri Benyamin Netanyahuyla telefon danışığı aparıb. Tramp xəbərdarlıq edib ki, İsrail bir şeyi anlamalıdır ki, sadəcə o bütün dünya ilə döyüşə bilməz.

Netanyahunun açıqlamasında isə bu razılaşmanın İsrail üçün “böyük gün” olduğu, hökumətin razılaşmanı təsdiqləmək üçün toplanacağı və girovların evə qaytarılacağı bildirilib. Netanyahunun sözlərinə görə, o, Prezident Tramp və onun komandasına təşəkkür edib və İDF əsgərlərinin və təhlükəsizlik qüvvələrinin fədakarlığını qeyd edib.

HƏMAS isə Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib. Hərəkat danışıqlarda vasitəçilik etdiklərinə görə Misir, Qətər və Türkiyəyə təşəkkür edib. Eyni zamanda, Qəzza anklavında münaqişənin sona çatması və sülh prosesinin təşviqi istiqamətində səylərinə görə ABŞ Prezidenti Donald Trampa minnətdarlığını bildirib.

 


Bənzər xəbərlər