Hər an aşma riski olan işıq dirəyi tam bərpa edildi
Qaradağ rayonu Qurd Qapısı qəsəbəsində Laçın yaşayış massivində əyilmiş vəziyyətdə olan elektrik dirəyi tam bərpa edilib.
Bu barədə Patrul.az-ın sorğusuna “Azərişıq” ASC-dən cavab verilib.
Bildirilib ki, elektrik naqillərinin bağlandığı dirək yenidən standartlara uyğun şəkildə möhkəmləndirilib və təhlükəsizlik tam təmin olunub.
Qeyd edək ki, sözügedən ərazi sakinləri redaksiyamıza müraciətlərində əyilmiş dirəyin küləkli hava şəraitində aşması ehtimalından narahat olduqlarını bildirmişdilər. Görülən tədbirlər nəticəsində problem aradan qaldırılıb.






