media-inshot_20260423_193110508

ABŞ Prezidenti Donald Tramp gözlənilməz addım ataraq atəşkəsin müddətini uzadıb. Onun sözlərinə görə, atəşkəs İran tərəfi razılığa gələnə qədər qüvvədə qalacaq.

Görəsən, Trampın bu gözlənilməz addımının arxasında nə dayanır?

Politoloq Aytən Qurbanova mövzu ilə bağlı Patrul.az-a şərh edib.

O düşünür ki, artıq hərbi əməliyyatların fərqli aspektdə genişləndirilməsi nə ABŞ-nin, nə də İranın maraqlarına uyğun deyil:

“Çünki bundan sonrakı mərhələ mütləq şəkildə quru əməliyyatların başlanması və müharinənin maştabının genişlənməsini özündə ehtiva edə bilər. Bu da ABŞ-nin seçkinin ilk mərhələsindən öncəki dövrdə hər hansı formada qarşıya qoyduğu hədəflər sırasında deyil. Tramp administrasiyasının həm seçki ilə bağlı olan hədəfləri, həm Rusiya-Ukrayna müharibəsinin hələ də davam etməsi, qlobal sistemdəki digər məsələlər, həm də davam edən ABŞ-İran müharibəsinin qlobal enerji bazarındakı qiymətlərə təsirinin maksimum dərəcədə nəzarətdə saxlanması mexanizmlərinin son zamanlarda demək olar ki, işləməməsi onu deməyə əsas verir ki, artıq münaqişənin hərbi fazasının danışıqlar dövrünə keçid etməsi ABŞ üçün əsas strateji hədəflərdən biridir. Lakin indiki mərhələdə danışıqların uğurlu olması ilə bağlı real zəmin tam formalaşmayıb”.

media-img-20260423-wa0056

A.Qurbanova hər iki dövlət arasında qarşılıqlı etimadla bağlı ciddi böhran olduğunu vurğulayıb:

“Eyni zamanda, biz maksimalist iddiaların səsləndirildiyini müşahidə edirik. Bu iddialar qarşılığında ortaq bir razılığın əldə olunması mümkün deyil. Yəni, atəşkəs müddəti bitdikdən sonra ya yenidən başlanması, ya da qeyri-müəyyən müddətə qədər davam etməsi ehtimal olunan əsas iki ssenari idi.

Hesab edirəm ki, Trampın bugünkü gündə atdığı əsas addım qeyri-müəyyən müddətə atəşkəsin uzadılması yolu ilə danışıqlar prosesində müəyyən irəliləyişin əldə olunmasını hədəfləyir”.

Ləman Sərraf


Bənzər xəbərlər