Hərbi hissələrdə andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq
Hərbi hissələrdə andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq.
Müdafiə Nazirliyindən Patrulaz.az-a verilən məlumata görə, ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub:
“İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik”.