media-inshot_20250618_143128094

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Serbiyada keçirilən “Platinum Wolf – 2025” çoxmillətli sülhü dəstəkləmə əməliyyatları təlimində iştirak edir.

Patrulaz.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, beynəlxalq təlimdə atış, piyada və texnika ilə patrulluq, yaşayış məntələrində əməliyyatlar, yoxlama məntəqələrinin qurulması, izdiham və iğtişaşların qarşısının alınması, əsirlərlə davranış, döyüş zamanı yaralılara ilkin tibbi yardımın göstərilməsi, kütləvi qırğın silahlarından mühafizə və digər mərhələlər üzrə tapşırıqlar yerinə yetiriləcək.

Azərbaycan, ABŞ, Böyük Britaniya, Bolqarıstan, Bosniya və Hersoqovina, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Şimali Makedoniya və Yunanıstan hərbçilərinin iştirak etdiyi təlim iyunun 28-dək davam edəcək.

media-72b882305e155aa media-9c5e1b5bf9bb89a media-095e3efa7dc996a media-2f4cee37e0563a3


Bənzər xəbərlər