Heydər Əliyev prospektində sürücüdən təhlükəli manevr: Avtomobili qəfil saxlatdı - VİDEO
Patrul.az-a daxil olan məlumata görə, 18 oktyabr 2025-ci il, saat 15:52 radələrində Heydər Əliyev prospektində BYD markalı, 77-UO-245 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəli hərəkətləri ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Hadisə zamanı sürücü manevr edərək qarşısındakı avtomobilin önünə keçib və onu kəskin şəkildə dayanmağa məcbur edib.
Düz yolun ortasında bu cür manevr etmək, xüsusilə də hərəkət intensivliyinin yüksək olduğu Heydər Əliyev prospektində ciddi risklər yaradır. Sürücünün bu davranışı həm özü, həm də digər hərəkət iştirakçıları üçün real təhlükə yaradıb.
Hadisə görüntüləri qarşısı kəsilən avtomobilin videoregistratoru tərəfindən qeydə alınıb.






