media-inshot_20260128_102400032

Hindistanın Maharaştra ştatında ağır təyyarə qəzası baş verib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Mumbaydan havaya qalxan Learjet 45 tipli biznes təyyarəsi eniş etməyə çalışarkən Baramati hava limanı yaxınlığında qəzaya uğrayıb.

Qəza nəticəsində Maharaştra ştatının nazir müavini Ajit Pawar, onun iki əməkdaşı və iki heyət üzvü olmaqla ümumilikdə beş nəfər həlak olub.

Hadisə ilə bağlı Hindistanın Baş naziri Narendra Modi “X” platformasında paylaşım edərək qəza xəbərindən dərin kədər hissi keçirdiyini bildirib:

“Düşüncələrim bu qəzada yaxınlarını itirən hər kəslədir. Bu ağır anda yaslı ailələrə güc və səbir diləyirəm”.

Qəza yerindən çəkilmiş görüntülərdə tüstü və alov içində qalan təyyarənin qalıqları əks olunub.

Məlumata görə, Ajit Pawar Maharaştranın ən nüfuzlu siyasi liderlərindən biri olub. O, Milliyyətçi Konqres Partiyasının (NCP) qurucusu, veteran siyasətçi Şarad Pawarın qardaşı oğlu idi və ştat siyasətində mühüm rol oynayırdı.

Qeyd edək ki, qəzanın səbəbi hələlik açıqlanmayıb.


Bənzər xəbərlər