Hökməli və Qobuda yük maşınları piyada keçidini zəbt etdi - VİDEO
Bakı şəhəri Abşeron rayonu, Hökməli və Qobu qəsəbələri ərazisində yük avtomobilləri sürücülərinin yol hərəkəti qaydalarını pozaraq qanunsuz parklanma etdiyi bildirilir.
Patrul.az-a daxil olan məlumata əsasən, yük maşını sürücüləri xüsusilə sözügedən ərazidə fəaliyyət göstərən “Vurd” marketin önündə yerləşən dayanacaqda, eləcə də piyada keçidinin qarşısında avtomobillərini saxlayırlar.
Bu cür hallar isə nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinə maneə yaradır, eyni zamanda piyadaların sərbəst və təhlükəsiz keçid hüququnu məhdudlaşdırır.
Redaksiyamıza təqdim olunan videogörüntüdə isə 30-ZB-070 dövlət nömrə nişanlı yük avtomobilinin birbaşa piyada keçidində dayandığı əks olunub.
Analoji qayda pozuntularının yolun müxtəlif hissələrində də müşahidə edildiyi bildirilir.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarından tədbir görülməsi xahiş olunur.
Gülbəniz Səfərova






