Hörmüz boğazı tamamilə bağlandı
İran və ABŞ-İsrail müharibəsi fonunda Hörmüz boğazı vasitəsilə gəmiçilik faktiki olaraq dayandırılıb.
Patrul.az “Al Jazeera”yə istinadən xəbər verir ki, artan gərginlik səbəbindən strateji əhəmiyyət daşıyan boğaz praktiki olaraq bağlanıb.
Mövcud vəziyyət qlobal ticarət və enerji bazarlarında ciddi təsirlərə səbəb olub. Boğazın bağlanması fonunda enerji qiymətləri kəskin artıb, xüsusilə “Brent” markalı neftin qiymətində yüksəliş müşahidə olunur.
Eyni zamanda, BƏƏ və bir sıra digər ölkələr gəmiçiliyin bərpası məqsədilə çoxmillətli dəniz missiyasına qoşulmağa hazır olduqlarını bəyan ediblər.






