Beren Saat, Kenan Doğulu və Enis Arıkan saxlanıldılar
Türkiyədə məşhurlara qarşı narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib və 22 nəfər saxlanılıb.
Bu barədə “Hürriyet” nəşri xəbər yayıb.
Məlumata görə, saxlanılanlar arasında məşhur türkiyəli sənətçilər Beren Saat, Kenan Doğulu, Enis Arıkan və Kerimcan Durmaz da var. Sağlamlıq yoxlamalarından keçirilən məşhurlar ifadə vermələri üçün Narkotik Cinayətləri ilə Mübarizə İdarəsinə aparılıblar.
Saxlanılanların sayının arta biləcəyi qeyd edilir.






