media-inshot_20260610_122238506

ABŞ helikopterinin vurulmasına cavab olaraq İrana zərbələr endirib.

Patrul.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı yaxınlığında İranın hava hücumundan müdafiə sistemlərini, yerüstü idarəetmə məntəqələrini və radar mərkəzlərini hədəfə alıb.

Məlumata görə, zərbələr nəticəsində İranın Cask və Sirik şəhərləri, eləcə də Qeşm adası ərazisində bir telekommunikasiya qülləsinə və iki su çəninə ziyan dəyib.

Pentaqonun hücumlarına cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bölgədə yerləşən ABŞ hərbi bazalarını hədəf aldığını açıqlayıb. Tehran ümumilikdə 21 hədəfə, o cümlədən Bəhreyn və İordaniyada yerləşən hərbi obyektlərə zərbələr endirdiyini bildirib.

ABŞ Prezidenti Donald Tramp məsələyə reaksiya verərək helikopterin vurulmasında İranı günahlandırıb və cavab zərbələrini “mütənasib” adlandırıb.

ABŞ-nin hərbi əməliyyatlarından sonra İranın xarici işlər naziri Abbas Əraqçi isə Vaşinqtonu sərt şəkildə xəbərdar edib. O bildirib ki, İran heç bir hücumu cavabsız qoymayacaq:

“Döyüş meydanındakı məğlubiyyətlərinə baxmayaraq, ABŞ qətiyyətimizi sınamaq qərarına gəlib. Təhlükəsiz olmaq istəyirsinizsə, bölgəmizi tərk edin. İran ərazisinə yaxın xarici qüvvələr insan səhvləri, adi qəzalar və ya çarpaz atəş riski ilə üz-üzə qala bilər.”

Xatırladaq ki, iyunun 8-də Hörmüz boğazında patrul xidməti həyata keçirən ABŞ-ə məxsus “Apache” helikopteri vurulub. Hadisə nəticəsində ekipajın iki üzvü sağ qalıb. Bundan dərhal sonra ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz dəniz aparatı təhlükəli zonaya daxil olaraq hərbçiləri təxliyə edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər