media-img_0814

Patrulaz.az qaynar xəttinə müraciət edən moto sürücüsü bildirir ki, Müşfiq qəsəbəsində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən təkər təmiri sexindən keçərkən artıq bir neçə dəfə eyni problemlə qarşılaşıb. Onun sözlərinə görə, hər dəfə həmin ərazidən keçəndə motosikletinin təkərinə mismar batır və nəticədə təkər deşilir.

Sürücü tərəfindən təqdim olunan video görüntülərdə də asfalt örtüyünün üzərində çoxlu sayda xırda və parlaq mismarların səpildiyi aydın görünür. Bu da hadisənin təsadüfi olmadığını deməyə əsas verir.

İzləyicimizin sözlərinə görə, bu hal təkcə Müşfiq qəsəbəsində deyil, bir çox təkər təmiri sexlərinin yaxınlığında da müşahidə olunur. O hesab edir ki, bəzi ustalar müştəri cəlb etmək məqsədilə belə yollara əl atırlar. Sürücü bu kimi halların qarşısının alınması üçün aidiyyəti qurumların məsələni araşdırmasını xahiş edir.


Bənzər xəbərlər