media-f5d2f470-3d28-437d-8d27-ba40a6222de0

Hövsan qəsəbəsində yeni marşrut xətti fəaliyyətə başlayıb. Ancaq sakinlər bu dəyişiklikdən narazıdır.

Patrulaz.az xəbər verir ki, sakinlərin iddialarına görə, bunu edənlər qazilərdir və əvvəllər məhəllə avtobusları ilə 30 qəpiyə gedə bildikləri məsafə üçün indi 50-60 qəpik ödəməli olurlar. Bundan əlavə, yeni marşrutların vaxt intervalı da böyükdür. Avtobuslar yarım saatdan bir gəlir, nəticədə sakinlər, xüsusilə də məktəblilər və yaşlı insanlar, soyuqda küçədə gözləmək məcburiyyətində qalır. Bəzi sakinlər isə avtobus gözləməkdənsə, piyada getməyə məcbur olduqlarını bildirirlər.


Bənzər xəbərlər