media-inshot_20251015_145225978

Misirdə Yaxın Şərq Sülh Sammitində ABŞ Prezidenti Donald Trampla Fransa Prezidenti Emmanuel Makronun görüşü zamanı bir-birlərinin 30 saniyəlik qol güləşinə çevrilən əl sıxışmasında nə dedikləri məlum olub.

Patrulaz.az xəbər verir ki, dodaq oxuma mütəxəssisi Nikola Hiklinqin sözlərinə görə, iki lider arasında gərgin fikir mübadiləsi baş verib.

Hiklinqin açıqlamasına əsasən, Tramp Makrona əvvəlcə “Sizi görmək çox xoşdur, elə deyilmi?” deyib. Fransa lideri isə eşidilməyən şəkildə cavab verib.

Bundan sonra Tramp “Siz həqiqətən səmimisinizmi?” sualını ünvanlayıb, Makron isə “Əlbəttə” cavabını verib.

Tramp Makronun əlini daha da sıxaraq əlavə edib: “İndi bilmək istəyirəm, niyə məni incitdin. Sən məni incitdin, mən bunu bilirəm”.

Bu zaman Makron kameralara baxmadan başını aşağı salıb. Tramp isə yavaş və aydın şəkildə deyib: “Mən sülh yaradıram” deyib. Fransa prezidenti isə ironik şəkildə cavab verib: “Nə danışırsan?..”

Tramp bundan sonra Makronu “Mən ancaq məni incidənləri incidirəm” sözləri ilə hədələyib. Makron isə cavab olaraq “Bunu görəcəyik” deyib. Tramp isə “Bir dəqiqədən sonra görüşərik” deyərək söhbəti bitirib.

Qeyd edək ki, iki liderin əl sıxışmaları daha əvvəl də diqqət mərkəzində olub. 2017-ci ildə 29 saniyə davam edən ilk əl sıxışma, 2018-ci ildə isə G7 Sammitində Makronun barmaq izinin Trampın əlində qalması “ən uzun diplomatik əl sıxma” kimi tarixə düşmüşdü.

Gülbəniz Səfərova


Bənzər xəbərlər