İki nəfəri öldürdü, "bununla fəxr edirəm" dedi - DƏHŞƏTLİ QƏTL
Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.
Patrul.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Niğdə vilayətində yol-nəqliyyat hadisəsi zamanı qeydə alınıb.
Məlumata görə, iki avtomobilin iştirakı ilə baş verən qəza nəticəsində nəqliyyat vasitələrinin güzgüləri sınıb. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb və mübahisə qısa zamanda davaya çevrilib. Dava zamanı Həmzə C. adlı şəxs üzərində gəzdirdiyi silahı çıxararaq Abdullah Gündoğduya və avtomobildə olan daha iki nəfərə atəş açıb.
Nəticədə üç nəfər ağır yaralanıb. Yaralılardan Abdullah Gündoğdu və Çelik təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, həyatlarını xilas etmək mümkün olmayıb. Digər yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Hadisədən sonra qaçmağa çalışan Həmzə C. polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən onun dediyi sözlər isə hər kəsi şoka salıb.
“O, qarşıma çıxmağa çalışdı. Qarşıma çıxan hər kəsi vururam. Mən kənd muxtarı Həmzəyəm. Onlar qarşıma çıxdılar, ona görə də açıq şəkildə vurdum. İki nəfəri vurdum. Peşman olmalıyam? Qürur duyuram”, – deyə o, cinayəti törətməsindən qürurla danışıb.
Faktla bağlı Türkiyə Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaq davam etdirilir.
Həmin görüntüləri təqdim edirik:

Gülbəniz Səfərova






