İlham Əliyev Avropa çempionlarını qəbul etdi - FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionu olan güləşçiləri qəbul edib.
Patrul.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, dövlət başçısı Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında çempion olan yunan-Roma və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançılar və onların məşqçiləri ilə görüşüb.







