media-img_2590

İran Prezidentinin Azərbaycana səfəri əlaqələrin yüksək səviyyədə olduğunu göstərir.

Patrulaz.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla birgə mətbuat konfransında deyib.

Dövlət başçısı vurğulayıb ki, hər iki tərəf əlaqələrin inkişafına çalışmalıdır və çalışır:

“Bu gün imzalanan sənədlər onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. Məramımız, məqsədimiz birdir, yəni İran-Azərbaycan əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır və bunun üçün də aidiyyəti üzrə göstərişlər bu gün verildi. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayır, bu gün möhkəm təməl üzərində əlaqələrimiz inkişaf edir”, – dövlət başçısı qeyd edib.


Bənzər xəbərlər