media-inshot_20251001_150855333

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər.

Patrulaz.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma park barədə məlumat verib.

Bildirilib ki, yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində, İtaliya-Azərbaycan Universitetinin yaxınlığında yerləşir. Ərazisi 3.5 hektar olan parkda sakinlərin istirahəti üçün söhbətgahlar, amfiteatr, tennis meydançası, uşaqlar üçün əyləncə zonaları salınıb, müasir işıqlandırma sistemi qurulub. Burada həm sakit istirahət, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılıb.

Qeyd edək ki, son illərdə Bakının siması sürətlə dəyişir. Yeni park və xiyabanların salınması, mövcud yaşıllıq və istirahət zonalarının müasir tələblərə uyğun yenilənməsi paytaxtı daha da inkişaf etdirir, onu dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.

Bakının müxtəlif yerlərində açılan yeni istirahət guşələri sakinlərin asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqla yanaşı, ekoloji mühitin yaxşılaşmasına da xidmət edir.

Yeni park isə paytaxtın “yaşıl xəritəsi”nə əlavə olunmuş daha bir məkan kimi şəhər sakinlərinin və qonaqların ixtiyarına verilib.

media-img_20251001_145905_180 media-epclpgybszkgqck6pd2zfriru10eiefmnejxzceh_640 media-g5dxamjmu3irmrqfklulhtgxs2pw5mr7zq2aiz01_640 media-yoniyhbmo4puve4srparoe0sy6m4f10houlxnbgq_640 media-dd2zcuxcgaieejnwo42syptcxnacrfic0l6c9zci_640 media-j5rvq9usut6insdpguxfjkkss1ayazeng7zmbrsn_640 media-2aoi2kimvsyaacmh0ioukcz69irmgs6dko2tkur4_640 media-mkirwigjkzqpwgj6p2sucjdhwauf5i5y3rcoymfm_640 media-iy0dkhez6sajd4quec04guruft11z5yxg3nnllao_640 media-ec6hx8stkc2vyukqx3mqrblgfdpnapdq7ib9pfx3_640 media-4luo6wjevofn7cw2u9x8hthdfmdhw098efvukhdp_640 media-vqabarnhzeakjnipbe8jqr4rcevn0rg8oijeobxm_640 media-xvrzc1ww8t2bjkzxhmkivnzanrcrpdsjzqnek953_640 media-nuvih5cylg2hm8tw5on4ttmfvc47z2kqlenygsdc_640


Bənzər xəbərlər