"İlham Əliyev və Putin arasında Düşənbədə baş tutan ikitərəfli görüşün nəticələrini yüksək qiymətləndiririk" - Peskov
“Rusiya Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşün nəticələrini yüksək qiymətləndirir”.
Patrulaz.az Rusiya KİV-nə istinadla xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
Peskov, xüsusən də oktyabrın 9-da liderlər arasında Tacikistanın paytaxtı Düşənbədə baş tutan görüşü yüksək qiymətləndirib:
“İlk növbədə, biz iki prezident arasında Düşənbədə baş tutan ikitərəfli görüşün nəticələrini yüksək qiymətləndiririk”, – deyə Peskov bildirib.
Kreml rəsmisi əlavə edib ki, Rusiya və Azərbaycan dialoqun davam etdirilməsi üçün müxtəlif səviyyələrdə fəal şəkildə çalışır və tərəflər ikitərəfli münasibətlərdə “yeni səhifə” açıblar.






