media-img_7984

Bu gün – 15 oktyabr 2025-ci il tarixində İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində İlham Əliyev xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilib. Bu tarix müasir Azərbaycanın inkişafında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. İlham Əliyevin rəhbərliyi ilə son 22 il ərzində ölkədə siyasi sabitlik qorunub, iqtisadiyyat sürətlə inkişaf edib, sosial rifah yüksəlib və dövlətin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb.

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun aparıcı ölkəsinə çevrilib. İqtisadiyyatın şaxələndirilməsi, enerji layihələrinin reallaşdırılması, ordu quruculuğu, təhsil və səhiyyə sahələrində islahatlar ölkənin dayanıqlı inkişafına zəmin yaradıb.

Xüsusilə, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsi və ərazi bütövlüyünün bərpası Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin və güclü dövlət idarəçiliyinin nəticəsi kimi dəyərləndirilir.

Hazırda ölkədə işğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış” proqramı çərçivəsində genişmiqyaslı quruculuq işləri həyata keçirilir.

22 illik prezidentlik dövrü Azərbaycanın müstəqillik tarixində sabitlik, inkişaf və güclü dövlətçilik mərhələsi kimi yadda qalıb.

Patrulaz.az


Bənzər xəbərlər