media-40408e6c-0683-46ea-a879-454fd45e8eb9

Teslanın insanabənzər robotu artıq ev işlərinə də kömək edə bilir.

Patrulaz.az “NTV”yə istinadən xəbər verir ki, ABŞ Tesla şirkətinin hazırladığı insanabənzər robot “Optimus”un ev işlərini yerinə yetirmə bacarığı nümayiş etdirilib.

Şirkətin qurucusu İlon Mask sosial şəbəkədə paylaşdığı videoda robotun ütüləmə, süpürmə, yemək qarışdırma və zibil tullantılarını təmizləmə kimi gündəlik işləri icra etdiyini göstərib.

“Mən bütün gün yalnız rəqs etmirəm”, – deyə “Optimus” robotunun rəsmi səhifəsində zarafatla paylaşım edilib. İlon Mask isə robotun əldə etdiyi nailiyyətləri “İndiyə qədər hazırlanmış ən böyük məhsul” adlandırıb.

Qeyd edək ki, Teslanın mühəndisi Milan Kovacs “Optimus”un inkişafındakı əsas mərhələlərdən birinin ev işləri ilə məşğul olan insanların videolarından öyrənmə qabiliyyəti olduğunu vurğulayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər