İngiltərəli qadın “Dünyanın ən yaşlı insanı” adını qazanıb
İngiltərənin Surrey bölgəsindəki bir qocalar evində yaşayan Ethel Katerham, 116 yaşlı braziliyalı rahibə İnah Kanabarro Lukasın vəfat etməsindən sonra “dünyanın ən yaşlı insanı” ünvanını qazanan ilk britaniyalı olub.
Patrulaz.az xarici mediaya istinadən xəbər verir ki, 1909-cu il avqustun 21-də Hampshire bölgəsinin Şipton Bellinger qəsəbəsində dünyaya gələn Katerham, hazırda 115 yaşındadır.
Katerham uzun ömrünün sirrini belə izah edir:
“Heç kimlə mübahisə etmirəm. Dinləyirəm və istədiyimi edirəm.”
İki qızı, üç nəvəsi və beş nəticəsi olan Katerham, 1987-ci ildə 114 yaşında dünyasını dəyişən Anna Williamsdan sonra bu titulu qazanan ilk Britaniya vətəndaşıdır. Digər tərəfdən, keçən il vəfat edən 112 yaşlı John Tinniswood isə rəsmi qeydlərə görə “ən yaşlı kişi” kimi tarixə düşüb.
Ləman Sərraf