media-inshot_20251226_152955776

Həyatın gedişində insanlar müxtəlif çətinliklər, itkilər, qəfil hadisələr və stress dolu vəziyyətlərlə qarşılaşırlar. Bu cür hallar insan psixikasında dərin izlər buraxa və gündəlik həyatına təsir edə bilər. Travmalar, fərdin emosional və sosial funksiyalarını dəyişdirərək onun həyat keyfiyyətini aşağı sala bilər.

Bəs hansı hallarda travmalar daha çox yaranır və onların insan həyatına təsiri necə olur?

Bu barədə psixoloq, psixoterapevt Orxan Şəfizadə Patrul.az-a açıqlamasında bildirib ki, travmalar, insanın psixoloji və emosional vəziyyətinə dərindən təsir edən ani və ya təkrar olunan mənfi təcrübələr nəticəsində yaranır:

“Travmalar, insan həyatında ani və ya təkrar olunan mənfi təcrübələr nəticəsində ortaya çıxan psixoloji və emosional zədələrdir. Onlar həyatımıza müxtəlif yollarla təsir göstərir və hər kəsin reaksiyası fərqli olur.

Travmaların yaranma səbəbləri:

Fiziki və emosional zərbələr: Qəzalar, zorakılıq, təcavüz və s.

İtkilər və kədər: Sevdiklərini itirmək, ailə böhranları, boşanma.

Təbiət və sosial fəlakətlər: Zəlzələ, daşqın, müharibə və pandemiyalar.

Uşaqlıq travmaları: Laqeydlik, zorakılıq və emosional təcrid gələcəkdə travmaya daha həssaslıq yaradır.

Travmaların həyatımıza təsiri:

Emosional: Qorxu, kədər, təcrid, özünəinamın azalması.

Davranışsal: Sosial izolyasiya, riskli və impulsiv davranışlar.

Fiziki: Yuxusuzluq, baş ağrıları, həzm problemləri.

Psixi sağlamlıq: Uzun müddətli travmalar depressiya, anksiyete və posttravmatik stress pozuntusuna səbəb ola bilər.

Travmanın yaranma ehtimalını artıran halları:

Dəstək sistemi zəif olduqda

Mənfi təcrübələr təkrarlandıqda

Psixoloji və maddi resurslar məhdud olduqda

Ani və gözlənilməz hadisələr baş verdikdə”.

media-inshot_20251226_152032766

Psixoloqun sözlərinə görə, travmalar həyatın qaçılmaz hissəsidir, amma dəstək və fərdi yanaşma ilə onların təsirləri idarə oluna bilər:

“Yekun olaraq deyə bilərəm ki, travmalar həyatın qaçılmaz bir hissəsidir, lakin onların təsirlərini anlamaq və idarə etmək mümkündür. Psixoloji dəstək, sağlam sosial əlaqələr və fərdi davranış strategiyaları travmanın mənfi təsirlərini azaltmaq üçün önəmlidir. Hər insanın travmaya reaksiyası fərqli olduğundan, empatiya və fərdi yanaşma da əsas rol oynayır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər