media-inshot_20251205_151209503

“Instagram”dan heşteqlərlə bağlı gözlənilməz məhdudiyyət tətbiq olunub, bəzi istifadəçilər artıq yazılarına üçdən çox etiket əlavə edə bilmir.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, sosial şəbəkənin istifadəçiləri bir yazıya 30 hashtag əlavə etmək imkanının məhdudlaşdırıldığını bildirərək, yeni limitlə bağlı kütləvi şəkildə şikayətlər paylaşırlar.

“Üçüncü heşteqdən sonra proqram xəta verir və davam etməyə imkan vermir”, – deyə Reddit istifadəçilərindən biri yazıb.

Qeyd edək ki, Meta Platforms tərəfindən hələlik rəsmi açıqlama verilməsə də, iddialara görə məhdudiyyət hazırda seçilmiş hesablar üzərində sınaqdan keçirilir və bütün istifadəçilərə şamil edilməyə bilər.


Bənzər xəbərlər