media-dba03295-350b-4276-a4c1-c0fb205c01e4

Qobu qəsəbəsinin sakinləri uzun müddətdir ki, yol problemi ilə üz-üzədir.
Onların sözlərinə görə, qəsəbədə yeni yollar çəkmək istəsələr də, bəzi internet provayderləri istədikləri yerlərdə dirəklər basdıraraq maneçilik törədirlər.

Patrulaz.az-a məlumat verən sakinlər bildirib ki, buvəziyyət uşaqların məktəbə getməsini çətinləşdirir. Belə ki,  normalda 1 km yol qət etməli olan şagirdlər, indi 3 km yol getməyə məcbur qalırlar.
Sakinlər dəfələrlə 1177 qaynar xəttinə müraciət etsələr də, bu günə qədər heç bir tədbir görülməyib.  Onlar yolların açılması üçün maneələrin aradan qaldırılmasını və problemin həlli üçün köməklik göstərilməsini xahiş edirlər.

media-addd65f9-d87f-49ac-a86c-dd4a2a83fbe3


Bənzər xəbərlər