İran mətbuatı sensasion iddialara cavab verdi: "Xameneinin oğlu sağdır"
İranın ABŞ və İsrailin hücumları zamanı öldürüldüyü açıqlanan Ali Lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin sağ olduğu bildirilir.
Patrul.az xəbər verir ki, bu barədə Mehr agentliyi özəl mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 65 yaşlı Müctəba Xamenei hazırda İranda mühüm dövlət işlərinin icrası ilə məşğuldur və fəaliyyətini davam etdirir.
Məlumata görə, Əli Xameneinin üç oğlu qalıb: Mustafa, Məsud və ən kiçik oğlu Meysəm.






