media-inshot_20260302_065704704

“İran bir-iki gün ərzində yeni ali lideri seçə bilər”.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Əraqçinin sözlərinə görə, yeni lider seçilənədək prezident, məhkəmə hakimiyyətinin başçısı və Keşikçilər Şurasının hüquqşünasından ibarət yaradılmış üç nəfərlik keçid şurası ölkəyə rəhbərlik edəcək.

“Güman edirəm ki, bu, qısa müddət çəkəcək. Bəlkə bir-iki gün ərzində onlar ölkə üçün yeni lider seçəcəklər”, – deyə o bildirib.

Xatırladaq ki, İranın ikinci ali rəhbəri Ayətullah Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin hücumları nəticəsində həlak olub. 86 yaşlı Xamenei 1981–1989-cu illərdə İran Prezidenti olub. 1989-cu ildən 2026-cı ilə qədər isə İranın ikinci Ali Rəhbəri vəzifəsini icra edib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian bazar günü İran dövlət televiziyasında şuranın fəaliyyətə başladığını qeyd edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər