media-inshot_20251030_180230714

İranın Xarici İşlər Naziri Abbas Əraqçı Tehran hökumətinin Azərbaycanla sərhədlərin açılacağı günü gözlədiyini açıqlayıb.

Patrulaz.az xəbər verir ki, Əraqçı İran XİN-nin “telegram” kanalında Azərbaycanla sərhədin açılmasının iki ölkə münasibətlərində əsas məsələlərdən biri olduğunu qeyd edib.

“Sərhədin açılması Azərbaycan Respublikası ilə münasibətlərimizdə əsas məsələlərdən biridir”.

Nazirin sözlərinə görə, son bir ildə dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlərdə bu mövzu mütəmadi şəkildə gündəmə gətirilib:

“Son bir ildə Prezidentimizin Azərbaycan Prezidenti ilə keçirdiyi hər görüşdə və ya mənim Azərbaycan Respublikasının xarici işlər naziri ilə danışıqlarımda bu məsələ qaldırılıb. Hər səfərdə, hər görüşdə sərhədin sərnişin marşrutunun bağlı qalması məsələsi müzakirə olunur”, – qeyd olunub.

Əraqçı əlavə edib ki, Azərbaycan tərəfi sərhədlərin ümumilikdə bağlı olduğunu, bunun yalnız İranla əlaqəli məsələ olmadığını vurğulayıb:

“Onlar bildirirlər ki, təkcə İranla deyil, bütün qonşu ölkələrlə sərhədlər bağlıdır. Lakin Azərbaycan Respublikası məsələni yenidən nəzərdən keçirəcəyinə söz verib və biz hələ də bu istiqamətdə praktiki addımların atılmasını gözləyirik”, – deyə İran XİN rəhbəri qeyd edib.

media-img_20251030_173801_465

Gülbəniz Səfərova


Bənzər xəbərlər