media-inshot_20250823_235451383

İran kəşfiyyatı ölkənin cənub-şərqində, Sistan və Bəlucistan əyalətində terrorçu qrupun fəaliyyətinin qarşısını alıb.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, döyüş sursatı ilə silahlanmış 7 nəfər qeyri-İran vətəndaşı ilə xüsusi xidmət orqanları arasında saatlarla davam edən atışma baş verib. Nəticədə terrorçulardan 6-sı məhv edilib, 2 nəfər isə sağ olaraq ələ keçirilib.

Əməliyyat zamanı iki zabit və bir polis əməkdaşı yaralanıb.

Məlumata görə, həmin terrorçu qrup Şərqi İranda strateji əhəmiyyətli obyektlərdən birinə hücum etməyi planlaşdırırmış.


Bənzər xəbərlər