İranda güclü zəlzələ oldu
İranda 5,4 bal gücündə zəlzələ baş verib.
Patrulaz.az “Mehr News” agentliyinə əsasın xəbər verir ki, bu gün səhər saat 08:36 radələrində İranın Kerman əyalətinin Zehkəlut şəhərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Məlumata görə, yeraltı təkanların episentri 28 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və ya insan tələfatı ilə bağlı məlumat yoxdur. Axtarış-xilasetmə qrupları əraziyə göndərilib, vəziyyət nəzarətdə saxlanılır.
Qeyd edək ki, Kerman əyaləti seysmik baxımdan aktiv zonalardan biri hesab olunur.






