İranda hücumlar nəticəsində ötən gün 555 olaraq açıqlanan itkilərin sayı indi kəskin artıb
ABŞ və İsrailin fevralın 28-dən etibarən İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı açıqlanıb.
Patrul.az xəbər verir ki, əməliyyatlar zamanı ölənlərin sayı artaraq 787 nəfərə çatıb.
Bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Bildirilir ki, xəsarət alanların sayı ilə bağlı dəqiqləşdirmələr aparılır.
Xatırladaq ki, ötən gün İran tərəfi itkilərin 555 nəfər olduğunu açıqlamışdı. Son məlumat isə ölənlərin sayında ciddi artımın qeydə alındığını göstərir.






