media-inshot_20260228_161713743

İsrail ordusu İranın Hörmüzqan əyalətində yerləşən ibtidai sinif qızlar məktəbinə zərbə endirib.

Patrul.az “Al Jazeera”ya istinadən xəbər verir ki, zərbələr nəticəsində 51 şagird həlak olub. Həlak olanların 7–12 yaş arasında olan uşaqlar olduğu bildirilir.

Məlumata görə, hücum zamanı məktəbdə 170 qız şagird olub. Onlardan 60 nəfəri yaralanıb.

Hazırda bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.

İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı “telegram” hesablarında hadisə yerindən yayılan görüntülərdə insanların qışqırdığı, ağladığı və bir çoxunun şok vəziyyətində olduğu görünüb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp birgə hücumların “İran rejimindən gələn qaçılmaz təhdidləri aradan qaldırmaq” məqsədi daşıdığını bildirib.

Onun sözlərinə görə, ABŞ ordusu qısa müddət əvvəl İranda genişmiqyaslı döyüş əməliyyatına başlayıb və məqsəd Amerika xalqını mümkün təhdidlərdən qorumaqdır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər