İranda məktəbə edilən hücum nəticəsində ölənlərin sayı 170-ə çatıb
Xəbər verdiyimiz kimi, İsrailin İranda ibtidai sinif qızlar məktəbinə endirdiyi zərbədən sonra axtarış-xilasetmə işləri davam etdirilir.
Patrul.az “Al Jazeera”ya istinadən xəbər verir ki, məktəbə edilən hücum nəticəsində ölənlərin sayı 170-ə çatıb.
Hücumda ittiham olunan ABŞ hadisə ilə bağlı məlumatları araşdırdığını bildirib, İsrail isə ərazidə ordusunun hər hansı əməliyyat aparmasından xəbərsiz olduğunu açıqlayıb.
Məlumata görə, qızlar məktəbi əvvəllər hədəfə alınmış İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bazasının yaxınlığında, Minab şəhərində yerləşir.
İran Prezidenti Məsud Pezeşkian isə hadisəni “barbarlıq aktı” və “təcavüzkarların törətdiyi saysız-hesabsız cinayətlərin siyahısına əlavə olunan daha bir qara səhifə” adlandırıb.
Qeyd edək ki, İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, şənbə günündən bəri İranda hava hücumları nəticəsində ən azı 201 nəfər ölüb, 747 nəfər yaralanıb.
Gülbəniz Səfərova






