media-inshot_20260228_145201847

ABŞ və İsrai İranda bir sıra yüksək vəzifəli şəxsləri hədəfə alıb.

Patrul.az “Reuters”ə istinadən xəbər verir ki, hədəfə alınan şəxslər arasında İranın Ali Lideri Ayətullah Əli Xamenei və İran Prezidenti Məsud Pezeşkianın da olduğu bildirilir.

Məlumata görə, hücum zamanı Xamenei Tehranda olmayıb. Onun təhlükəsizlik məqsədilə başqa yerə köçürüldüyü bildirilir.

Bununla yanaşı, İran İnqilab Keşikçilərinin bir neçə yüksək rütbəli komandiri və siyasi rəsmisinin hücum zamanı həlak olduğu qeyd olunur.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.


Bənzər xəbərlər