İranın İsrailə atdığı raket nəticəsində üç ailə üzvü, o cümlədən uşaq həyatını itirib
Beyt-Şemeşdə dünən baş verən faciə nəticəsində həyatını itirənlərdən üç nəfərin kimliyi açıqlanıb. Onların Aviqayıl Biton, Sara Biton və Yaakov Biton olduğu bildirilir.
Patrul.az-ın əldə etdiyi məlumata görə, onlar məktəbdə Purim bayramını qeyd etməyə hazırlaşırdılar. Lakin İran tərəfindən atıldığı iddia edilən raket zərbəsi nəticəsində həyatlarını itiriblər.
Hadisə bölgədə dərin hüznə səbəb olub. Rəsmi qurumların məsələ ilə bağlı əlavə açıqlama verəcəyi gözlənilir.







