"İranla müharibədə böyük dalğa hələ qarşıdadır" - Tramp
“İranla müharibədə böyük dalğa hələ qarşıdadır”.
Patrul.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp CNN-ə verdiyi doqquz dəqiqəlik telefon müsahibəsində deyib.
ABŞ Prezidenti ABŞ və İsrailin İrana qarşı apardığı müharibədə vəziyyətin onların xeyrinə olduğunu bildirib:
“Biz onları məhv edirik. Düşünürəm ki, hər şey çox yaxşı gedir. Çox güclüyük. Dünyanın ən güclü ordusuna sahibik və biz ondan istifadə edirik”.
Donald Tramp müharibənin uzun çəkməsini istəmədiyini də vurğulayıb:
“Mən onun çox uzun çəkməsini istəmirəm. Mən həmişə bunun dörd həftə çəkəcəyini düşünürdüm. Və biz qrafikdən bir az irəlidəyik”.
ABŞ Prezidenti qarşıdakı mərhələdə daha güclü zərbələrin endiriləcəyini deyib:
“Biz hələ onlara güclü zərbələr endirməyə başlamamışıq. Böyük dalğa hələ baş verməyib. Böyük dalğa tezliklə gələcək”.
O, İranın bölgədəki ərəb ölkələrinə endirdiyi zərbələri də “sürpriz” adlandırıb.
“Ən böyük sürpriz İranın bölgədəki ərəb ölkələrinə – Bəhreyn, İordaniya, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə hücumları oldu”.
Donald Tramp həmçinin İranda hazırda kimin rəhbərlik etdiyinin dəqiq bilinmədiyini bildirib:
“Biz rəhbərliyin kim olduğunu bilmirik. Kimi seçəcəklərini də bilmirik. Bəlkə də şanslı olacaqlar və nə etdiklərini bilən birini seçəcəklər. Onlar indi onlara kimin rəhbərlik etdiyini belə bilmirlər. Biz 49 İran liderini məğlub etdik”, – deyə o əlavə edib.
Gülbəniz Səfərova






