media-inshot_20260504_110952813

Bu gün İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin (ASB) 8-ci Zirvə Toplantısı keçirilir.

Patrul.az xəbər verir ki, builki zirvə görüşü “Gələcəyin formalaşdırılması: Avropada birlik və sabitlik” mövzusu altında təşkil edilib.

Məlumata görə, toplantıda iştirak etmək üçün Ermənistana Avropanın və dünyanın nüfuzlu dövlət rəsmiləri gəlib. Onları hava limanında erməni rəsmi şəxsləri qarşılayıb.

Sammitdə iştirak edən yüksək rütbəli qonaqların siyahısı belədir:

Fransa Prezidenti Emmanuel Makron;

Ukrayna Prezidenti Volodimir Zelenski;

Slovakiya Baş naziri Robert Fico;

Türkiyə Vitse-prezidenti Cevdet YılmazKipr Prezidenti Nikos Kristodulidis;

İtaliya Baş naziri Corca Meloni;

Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova;

Xorvatiya Baş naziri Andrey Plenkoviç;

NATO-nun Baş katibi Mark Rutte;

İrlandiya Baş nazirinin müavini Mişel Martin;

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen;

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta;

Avropa Parlamentinin Sədri Roberta Metsola;

Aİ-nin Ali Nümayəndəsi Kaja Kallas;

Belçika Baş naziri Aleksander De Kroo;

Moldova Prezidenti Maya Sandu;

Buxarestin Baş meri Nikuşor Dan;

Böyük Britaniya Baş naziri Kir Starmer;

Çexiyanın sabiq Baş naziri Andrey Babiş;

Polşa Baş naziri Donald Tusk;

Serbiya nümayəndə heyətinin rəhbəri Curo Masut;

Monako Knyazı II Albert;

Yunanıstan Parlamentinin Sədri Konstantinos Tasula;

Lüksemburq Baş naziri Lük Friden;

Bolqarıstan Vitse-prezidenti İliana Yotova;

Kanadanın xüsusi nümayəndəsi Mark Karni;

Lixtenşteyn Ticarət Palatasının rəhbəri Bricit Haas;

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Denis Beçiroviç;

Litva Baş naziri İnqrida Şimonite;

Kosovo Baş naziri Albin Kurti;

BMT Baş katibinin xüsusi nümayəndəsi Feridun Sinirlioğlu;

Avropa Şurasının Baş katibi Alen BerseAndorra Baş naziri Ksaver Espot.

Adıçəkilməyən digər rəsmilərin isə İrəvana səfər edəcəyi gözlənilir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev də bu gün videoəlaqə vasitəsilə İrəvanda keçirilən VIII sammitə qoşulacaq.

Məlumat üçün bildirək ki, Avropa Siyasi Birliyi təxminən 50 Avropa ölkəsinin liderini bərabər əsasda, birlik və ortaq məqsədlər ruhunda bir araya gətirir. Bu platforma qitənin təhlükəsizliyi, sabitliyi və rifahı naminə siyasi dialoqu təşviq edir.

Qeyd edək ki, “Avropa Siyasi Birliyi”nin sammiti 2028-ci ildə Azərbaycanda keçiriləcək.

Gülbəniz Səfərova


Bənzər xəbərlər