media-inshot_20260408_154923280

Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

DİN-in Mətbuat Xidmətindən Patrul.az-a bildirilib ki, naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif vaxtlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb. Bu barədə zərərçəkən polisə müraciət edib.

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29 yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Bənzər xəbərlər