İspaniyada istilərdən ölənlərin sayı 1180 nəfərə çatıb
Bu il may-iyun aylarında İspaniyada hökm sürən intensiv istilər təxminən 1 200 insanın həyatına son qoyub.
Patrulaz.az zəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi rəsmi açıqlama yayıb.
Bildirilib ki, mayın 16-dan iyulun 13-dək davam edən isti hava dalğaları nəticəsində 1 180 ölüm halı qeydə alınıb.
Həlak olanların 95 faizini 65 yaşdan yuxarı şəxslər təşkil edir.
Qeyd edək ki, ötən ilin eyni dövründə isti hava şəraiti İspaniyada 70 nəfərin ölümünə səbəb olmuşdu.






