media-inshot_20251010_150721240

ABŞ Prezidenti Donald Trampın təklif etdiyi sülh planı üzrə İsrail qüvvələri Qəzzadan çıxmağa başlayıb. 

Patrulaz.az sosial şəbəkələrdə yayılan görüntülərə əsasən xəbər verir ki, Qəzzada İsrail və HƏMAS arasında 8 oktyabr tarixində əldə olunan atəşkəs razılaşmasından sonra fələstinlilər evlərinə qayıtmağa başlayıblar.

Razılaşma çərçivəsində İsrail ordusu Qəzza zolağında işğal etdiyi bəzi ərazilərdən “düzəliş edilmiş yerləşdirmə xətləri”nə geri çəkilməyə başlayıb.

Ərazidən yayılan görüntülərdə çoxlu sayda tank və zirehli texnikanın Qəzzanı tərk etdiyi, minlərlə fələstinlinin isə şimal bölgəsindən cənuba doğru hərəkət etdiyi əks olunub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər