İsrail və ABŞ Hərbi Dəniz Qüvvələri birgə hərbi təlimə başlayıb
İsrail və ABŞ Hərbi Dəniz Qüvvələri birgə təlimə başlayıb.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, İsrail Hərbi Dəniz Qüvvələri ilə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması birgə təlimlərə start verib.
“Intrinsic Defender” adlanan təlimin əsas məqsədi iki ölkənin dəniz qüvvələri arasında strateji və əməliyyat əməkdaşlığını gücləndirmək, həmçinin müxtəlif regional təhlükələrlə mübarizə sahəsində təcrübə mübadiləsi aparmaqdır.
Təlimin bir həftə davam edəcəyi bildirilib.
Qeyd edək ki, İsrail tərəfi təlimlərə çoxsaylı hərbi personalın cəlb edildiyini bildirsə də, təlimlərin hansı ərazidə keçirildiyi açıqlanmayıb.






