İsrail və HƏMAS əsirlərin mübadiləsinə başladı - VİDEO
İsrail və HƏMAS atəşkəs razılaşmasının birinci mərhələsinə uyğun olaraq əsirlərin mübadiləsinə başlayıb.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, HƏMAS yeddi israilli əsiri Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib.
İsrail tərəfi isə 1966 fələstinli məhbusu ölkə həbsxanalarından azad edib.
Qeyd edək ki, Qəzzada 2023-cü ilin oktyabrın 7-dən bu yana davam edən münaqişə nəticəsində ölənlərin sayı 60 430, yaralananların sayı isə 148 mindən çoxdur. İsrail isə 2023-cü ildən bəri Qəzzada 915 hərbçi itkisi olduğunu açıqlayıb.
İsrailin Tel-Əviv şəhərində isə minlərlə insan “Girovlar Meydanı”ında toplaşıblar.
Xatırladaq ki, tərəflər arasındakı razılaşmaya əsasən, HƏMAS İsrail tərəfindən saxlanılan 2000 fələstinli məhbusu azad edəcəyi təqdirdə, qarşılığında 20 israilli əsir sərbəst buraxacaqdı.

Gülbəniz Səfərova






