media-inshot_20251001_145633681

Tarix boyu İranın nüvəyə sahib olması və İsrailin də bunu təhdid kimi görməsinin şahidi olmuşuq. 2025-ci ildə isə tərəflər arasındakı söz oyunu hərbi qarşıdurmaya çevrildi. Söhbət 13 və 24 iyun 2025-ci il tarixindəki İran-İsrail müharəbisindən gedir. Tərəflər arasında 24 iyun tarixində atəşkəs əldə olunsa da, hazırda yenə də gərginliklər pik həddə doğru irəliləyir.

Bununla bağlı ABŞ Dövlət Departamentinin keçmiş farsdilli sözçüsü Ellen Ayer də hər iki ölkə arasında yenidən müharibənin baş verəcəyi ehtimalının yüksək olduğunu bildirib. Onun sözlərinə görə, Vaşinqton İranla bağlı hərbi əməliyyatları bitmiş hesab etsə də, Təl-Əviv Tehranın nüvə proqramını və ümumilikdə İranı hələ də təhdid kimi görür.

Maraqlıdır ki, Fələstin ilə müharibə şəraitində olan və vaxtıyən Yaxın Şərqin birdən çox ölkələrinə hücumlar edən İsrail hökuməti yenidən İranla müharibəyə başlayacaqmı?

Bu barədə politoloq Əli Mustafa Patrulaz.az– a açıqlamasında bildirib ki, İsrailin hazırkı baş naziri Benyamin Netanyahu hakimiyyətini qorumaq üçün daim müharibə siyasətinə söykənmək məcburiyyətində qalır.

Politoloqun sözlərinə görə, hazırda yalnız ehtimallar mövcuddur. Bu, mütləq müharibə olacaq demək deyil, lakin müharibənin başlama ehtimalı kifayət qədər yüksəkdir:

“İran-İsrail münasibətləri normal deyil, gərginlik var və son günlərdə yenidən İsrailin İrana hücum edəcəyinə dair məlumatlar yayılır. Hətta Netanyahunun bu son ABŞ səfərində Tramp ilə müzakirə etdiyi və razılaşdığı məsələlərdən birinin də bu olduğu deyilir. Burada, əlbəttə, müharibənin olması zəruri demək deyil. Normalda söhbət əgər İranın nüvə proqramı ilə bağlıdırsa, İranın nüvə obyektlərinə endirilən zərbələr məsələləri xeyli dərəcədə ləngidib. Anlaşılan odur ki, Netanyahu hakimiyyətini qorumaq üçün mütləq davamlı olaraq savaşmaq məcburiyyətindədir. Eyni zamanda İranın son vaxtlar öz hərbi gücünü artırması, Çindən hava hücumuna müdafiə sistemləri və Rusiyadan təyyarələr alması İsrail üçün bir təhdid kimi görünür və sanki onun yenidən güclənməsini istəmir. Ona görə də bu savaşı zəruri edən bir neçə məqam var deyə bilərik. Son günlər İrana qarşı Avropa üçlüyünün ABŞ-də tutduğu sərt mövqe də bunların hər biri kimi müharibəni bir qədər tətikləyir. Hələlik ehtimallar var, bu, dəqiq müharibə olacaq demək deyil, amma müharibənin çıxma ehtimalı böyükdür”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər