Bakının mərkəzində gecə saatlarında digərlərinə təhlükə yaradan sürücü - VİDEO
Bakı şəhərinin mərkəzində gecə saatlarında təhlükəli anlar yaşanıb.
Patrulaz.az-ın əldə etdiyi məlumata əsasən “99-VU-322” dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü şəhərin mərkəzi küçələrindən birində avtoxuliqanlıq hərəkətləri edərək həm öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atıb.
Sürücünün təhlükəli manevrlər etməsi piyadaların və sürücülərin narazılığına səbəb olub.
Vətəndaşlar və digər sürücülər bu cür avtoxuliqanlıqların qarşısının alınmasını və qanun çərçivəsində cəzalandırılmasını xahiş edirlər.
Şəhərin yolları kimlərinsə şəxsi əyləncə məkanına çevrilməməlidir!